logo

Beynəlxalq Qızıl Xaç Komitəsi TƏBİB-ə tibbi yardım dəsti ianə etdi

20:18 28-11-2020 | icon 1995
Beynəlxalq Qızıl Xaç Komitəsi TƏBİB-ə tibbi yardım dəsti ianə etdi

Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) 10 ədəd "Döyüş yaralıları üçün tibbi yardım dəsti” (War Wounded Kit) ianə edilib.

YeniAvropa xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin səhiyyə proqramı üzrə məsul əməkdaşı Tərlan Ağayev ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Ramin Ağayev sözügedən yardımın qəbul edilməsi məqsədilə təhvil-təslim mərasimində iştirak edib.
 
Qeyd edək ki, həmin dəstin 1 ədədi 50 nəfər ağır döyüş yaralısına keyfiyyətli tibbi yardım göstərilməsi üçün nəzərdə tutulur.
Bundan başqa, 30.09.2020-ci il və 19.10.2020-ci tarixlərində Komitə tərəfindən TƏBİB-in tabeliyində olan "Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası” publik hüquqi şəxsinə sarğı materialı, əlcəklər və s. tibbi sərfiyyat materialları ianə edilmişdi. Qeyd olunan ianə Komitənin nümayəndəsi Tərlan Ağayev tərəfindən Stansiyanın direktoru Mirələm Calalova təhvil verilmişdir.Bu ianələr dəstək üçün müxtəlif stansiya və xəstəxanalara paylanılıb.