logo

Hikmət Hacıyev “Qarabağ”la “İmarət”də futbol oynadı

17:57 28-11-2020 | icon 2303
Hikmət Hacıyev “Qarabağ”la “İmarət”də futbol oynadı

Ağdamın “Qarabağ” klubu 27 illik həsrətdən sonra ilk dəfə doğma məkanda futbol oynayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə görüntüləri  "Haber Global"yayımlayıb.

Həmin görüntülərdə prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də futbolçularla birlikdə futbol oynayır.

Qeyd edək ki, bu simvolik matç diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı  nümayəndəliklərinin rəhbərlərinin işğaldan azad olunmuş Ağdama səfəri çərçivəsində keçirilib.