logo

Azərbaycanda daha 4212 nəfər koronavirusa yoluxdu, 32 nəfər öldü

17:10 28-11-2020 | icon 2044
Azərbaycanda daha 4212 nəfər koronavirusa yoluxdu, 32 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 4212 yoluxma faktı qeydə alınıb, 1760 nəfər müalicə olunaraq sağalıb. 

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 114 min 25 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 71 min 691 nəfər müalicə olunaraq sağalıb, 1323 nəfər vəfat edib. Aktiv xəstə sayı 41011 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 700 min 654 test aparılıb. Bugünkü test sayı isə 18420-dir.