logo

Ərdoğan:Türkiyə Qarabağdan Suriyayadək İslam coğrafiyasının problemlərini həll edir

16:56 28-11-2020 | icon 2163
Ərdoğan:Türkiyə Qarabağdan Suriyayadək İslam coğrafiyasının problemlərini həll edir

Türkiyə Dağlı Qarabağdan Suriyayadək İslam coğrafiyasını canı bahasına qorumaq məcburiyyətindədir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Müsəlman Cəmiyyətinin onlayn konqresində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə terror təşkilatları ilə mübarizə aparmaqla yanaşı, İslam dəyərlərini təhqir edənlərə də mövqeyini bildirməkdən çəkinmir:

"Biz İslam hümmətinin göz bəbəyi olan Qüdsü canımız bahasına qorumağa borcluyuq. Türkiyə olaraq Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyayadək İslam coğrafiyasının müxtəlif yerlərində problemlərə bu anlayışla yanaşırıq. Əsrlər boyunca fərqli mədəniyyət və inanclara ev sahibliyi edən bir ölkə olaraq etnik və məzhəb əsaslı münaqişələrin qarşısını almaq üçün səy göstəririk".