logo

Ağsunun icra başçısı koronavirusdan dünyasını dəyişdi

20:59 27-11-2020 | icon 1736
Ağsunun icra başçısı koronavirusdan dünyasını dəyişdi

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə rayon İcra Hakimiyyətindən bildirilib. Qeyd edilib ki, V. Tağıyev bu gün axşam saatlarında xəstəxanada keçinib. Həkimlərin səyinə baxmayaraq V. Tağıyevin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, icra başçısı bir müddət əvvəl koronavirusa yoluxmuşdu və Bakıdakı tibb mərkəzlərindən birində müalicə olunurdu.

Xatırladaq ki, Vahid Tağıyev prezident İlham Əliyevin 30 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.