logo

ATƏT Nazirlər Şurasının toplantısı videokonfrans formatında keçiriləcək

20:17 27-11-2020 | icon 1820
ATƏT Nazirlər Şurasının toplantısı videokonfrans formatında keçiriləcək

ATƏT Nazirlər Şurasının 27-ci toplantısı dekabrın 3-4-də videokonfrans formatında keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə məlumat təşkilatın rəsmi internet səhifəsində yerləşdirilib.

Məlumatda, həmçinin bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar ilk dəfə Nazirlər Şurasının videokonfrans formatında keçirilməsi barədə qərar verilib. Təşkilatın saytında, həmçinin builki toplantının proqramı da yerləşdirilib.

Qeyd edək ki, bu il ATƏT-ə sədrliyi Albaniya edib, gələn il isə sədrlik İsveçə keçəcək.