logo

Bakı-Quba yolunda avtoqəza-Fotolar

19:51 27-11-2020 | icon 2429
Bakı-Quba yolunda avtoqəza-Fotolar

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə yolun 15-ci km-də qeydə alınıb.

Belə ki, 90-GD-426 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü Hüseynzadə Hüseyn Füzuli oğlu idarəetməni itirib.

Nəticədə avtomobil yolun kənarındakı səkiyə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da maşına ciddi ziyan dəyib.

Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

 
Bakı-Quba yolunda qəza - Fotolar