logo

İranın ən məşhur alimi sui-qəsdin qurbanı olub

19:15 27-11-2020 | icon 2191
İranın ən məşhur alimi sui-qəsdin qurbanı olub

Noyabrın 27-də İranın Müdafiə Nazirliyinin tədqiqat və innovasiya idarəsinin rəhbəri Möhsün Fəxrizadəyə qarşı sui-qəsd həyata keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, axşam işdən çıxaraq evə yola düşən M. Fəxrizadənin xidməti avtomobilinə silahlı hücum olub. Avtomat silahdan açılan atəş M. Fəxrizadəni ağır yaralayıb. Təcili olaraq onu Dəmavənd xəstəxanasına çatdırıblar. Həkimlərin səylərinə baxmayaraq, M. Fəxrizadə həyatını itirib.

Qeyd edək ki, M. Fəxrizadə nəinki İranda, eləcə də dünyada tanınmış alimlərdən biridir. Onun nüvə fizikası sahəsindəki araşdırmaları alimlərlə yanaşı, dövlətləri də maraqlandırıb. ABŞ-da dərc olunan “Foreng Policy” jurnalının reytinqində İranın 5 əsas nüvə alimindən biri olan M. Fəxrizadəyə qarşı da sanksiya tətbiq olunmuşdu.

İran rəsmiləri artıq məsələyə münasibət bildiriblər. Xarici işlər naziri Məhəmməd Cavad Zərif hadisəni qabaqcadan hazırlanmış terror aksiyası kimi qiymətləndirib və M. Fəxrizadənin şəhid olduğunu bildirib. Nəzərə çatdırıb ki, bu terror aksiyası ətraflı araşdırılacaq.