logo

Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti bərpa edilir

17:11 27-11-2020 | icon 2198
Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti bərpa edilir

Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb.

YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Qeyd edilib ki, artıq körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri görülür. Yaxın günlərdə Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır.

Dəqiq tarixlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.