logo

İranda koronavirusdan ölənlərin sayı 47 min nəfəri ötdü

15:55 27-11-2020 | icon 2184
İranda koronavirusdan ölənlərin sayı 47 min nəfəri ötdü

Son 24 saat ərzində İranda 14 min 51 nəfər koronavirusa yoluxub, 406 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə məlumatı İranın Səhiyyə Nazirliyi yayıb. Bildirilib ki, bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 922 min 397-ə, yoluxaraq ölənlərin sayı isə 47 min 95-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 860 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 640 min 65 nəfər isə sağalaraq evə buraxılıb.

Havaların soyuq keçməsi yoluxanların sayının artmasına səbəb olub.