logo

Bakıda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

14:13 27-11-2020 | icon 1799
Bakıda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Son günlərdə COVID-19-a yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq noyabrın 28-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, bununla əlaqədar maddələrin qəbul edilmiş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə həmin tarixdə küçəyə çıxmamaq xahiş olunur.