Bakıda təhsil alan erməni nazir yüz faiz Rusiyanın adamıdır-TƏHLİL
Ermənistan hökumətində çoxsaylı istefalar fonunda müdafiə naziri David Tonoyanın istefası və Vaqarşak Arutyunyanın bu vəzifəyə təyin olunması bir qədər diqqətdən kənarda qalıb.
YeniAvropa xəbər verir ki, 1956-cı ildə anadan olan Vaqarşak Arutyunyan 1978-ci ildə Bakıda S.Kirov adına Ali Hərbi Dənizçilik Məktəbini bitirib.
Daha sonra Hərbi Dəniz Akademiyasını (1991-ci il) və RF SQ Baş Qərargah Akademiyasını (1998-ci il) bitirib.
O, 1999-2000-ci illərdə artıq Ermənistanın müdafiə naziri olub, lakin 27 oktyabr 1999-cu ildə parlamentdə törədilmiş terror aktından sonra vəzifəsindən azad edilib. Bəzi məlumatlara görə, buna səbəb o vaxtkı prezident Robert Köçəryanın etimadını itirməsi olub.
Ermənistanın siyasi elitası o zaman (elə indi də) hesab edirdi ki, parlamentdə 8 deputatın, o cümlədən baş nazir və parlamentin spikerinin ölümü ilə nəticələnən terror aktı Rusiya Baş Qərargahı Baş Kəşfiyyat İdarəsinin işidir.
Terror aktı günlərində çoxları tərəfindən Arutyunyanın davranışı Azərbaycanla Qarabağa dair sülh sazişinin imzalanmasını pozmaq üçün hərbçilərin hakimiyyəti ələ keçirməyə və Köçəryanı kənarlaşdırmağa hazır olması kimi qiymətləndirilmişdi.
Ermənistan rəhbərliyi müdafiə nazirinin hərəkətlərini Moskvanın iradəsinin icraçısı kimi qiymətləndirib.
Vəzifədən uzaqlaşdırılandan sonra Arutyunyan siyasətə qoşulub və Köçəryan hökumətini tənqid etməyə başlayıb. 2002-ci ildə münaqişə apogeyə çatıb və Arutyunyan general-leytenant hərbi rütbəsindən məhrum edilib.
Sonrakı illərdə o, faktiki olaraq təqaüddə olub. Lakin 2019-cu ildə çoxları üçün gözlənilmədən Nikol Paşinyan onu əsas məsləhətçi təyin edib və rütbəsini bərpa edib.
Ermənistanın İkinci Qarabağ müharibəsində məğlub olmasından və Tonoyanın istefasından sonra Arutyunyan yenidən müdafiə naziri postunu tutub.
Azərbaycanın hərbi ekspertlərinin qiymətləndirmələrinə görə, Arutyunyanın zabit kimi səviyyəsi ortadan aşağıdır və o, Tonoyandan zəifdir. Eyni zamanda, Arutyunyanı 100% Rusiyanın adamı hesab etmək lazımdır. Bu, təkcə onun hər zaman Rusiyada xidmət etməsilə deyil, bütövlükdə siyasi oriyentasiyası ilə bağlıdır. "Turan"
Türkiyədə daha 137 nəfər koronavirusdan həyatını itirib
FHN: Dağıntılar altından xilas edilənlərin sayı 6-ya çatıb
Nazirlər Kabineti 2021-ci il üçün prioritetləri müəyyənləşdirib
FHN Xırdalandakı partlayışla bağlı məlumat yayıb
Ötən il “Azercell”in LTE şəbəkəsi öllkə üzrə 85 %-dən çox genişlənib
Füzuli rayonunun işğaldan azad edilmiş Dövlətyarlı kəndi-VİDEO
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu, 11 nəfər öldü
Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyi qeyd ediləcək
“Azərbaycan və Ermənistan arasında əldə olunan sülhü alqışlayırıq”-Avropa Şurası baş katibi
250 qırqovul vəhşi təbiətə buraxılıb
Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndi- VİDEO
Suraxanı rayonunda cinayətkar dəstə üzvləri tutulublar
XİN rusiyalı deputatın Azərbaycana qarşı işlətdiyi ifadələr pislədi
Nazir Vilayət Eyvazov Əli Həsənovun oğlunu işdən çıxardı
Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçilib
Belçikalı Hendrik Daems ikinci dəfə AŞ PA-nın prezidenti seçilib
Baş prokuror: Ötən il 30 nəfər Azərbaycana ekstradisiya edilib
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
Nardaranda silahlı şəxs saxlanılıb
2020-ci ildə Azərbaycanda 67,9 min oğlan, 59,6 min qız doğulub
Neft Fondu dövlət büdcəsinə 112,1 milyard manat vəsait köçürüb
Bakıda Azərbaycan və İranın xarici işlər nazirlərinin görüşü keçirilir
Sabah Bakıda 9° isti olacaq
Azərbaycanda ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib
Neft Fondu ötən il “Azəri-Çıraq-Günəşli”dən 3,5 milyard dollar gəlir əldə edib