logo

“Euronews” Ağdamı “Qafqazın Xirosiması” adlandırdı

09:50 27-11-2020 | icon 1918
“Euronews” Ağdamı “Qafqazın Xirosiması” adlandırdı

"Euronews" telekanalı Azərbaycanın erməni işğalından azad edilmiş Ağdam rayonu ilə bağlı süjet yayımlayıb.

 

 YeniAvropa xəbər verir ki, reportajda qeyd edilir ki, Azərbaycan hakimiyyəti Ağdamı nəzarətə götürərək ərazinin minalardan təmizlənməsinə başlayıb.

"Ehtimal olunur ki, onun təmizlənməsi və infrastrukturun bərpası üçün illər lazım olacaq", - deyə videomaterialda bildirilir.