logo

Milli Qəhrəman Allahverdi Bağırovun Ağdamdakı məzarı tapıldı 

20:17 26-11-2020 | icon 1883
Milli Qəhrəman Allahverdi Bağırovun Ağdamdakı məzarı tapıldı 

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun işğaldan azad olunan Ağdam rayonunda məzarı tapılıb.

YeniAvropa xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto yayılıb.

Ağdamın işğaldan azad edilməsindən sonra onun məzarının üzərinə Azərbaycan bayrağı çəkilib, baş daşını əvəz edən lövhədə Allahverdi Bağırovun fotosu və yazılar yenilənib. 

Xatırladaq ki, Allahverdi Bağırov 1992-ci ilin 14 iyunda Naxçıvanikdən Ağdama  geri qayıdarkən minaya düşərək şəhid olub.

A. Bağırov Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib.