logo

Maşını şirkət tərəfindən əlindən alınan yaralı əsgər Prezidentə müraciət etdi (VİDEO)

19:49 26-11-2020 | icon 1946
Maşını şirkət tərəfindən əlindən alınan yaralı əsgər Prezidentə müraciət etdi (VİDEO)

İki aydır kreditini ödəyə bilməyən vətən müharibəsi iştirakçısının avtomobili əlindən alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə sosial şəbəkədə avtomobili əlindən alınan Anar Məmmədovun özü videomüraciət edib.

O bildirib ki, "AZƏRMAŞ" ASC bu səbəbdən "Xəzər” markalı avtomobilini onun yaşadığı evin həyətindən aparıb:"Mən özüm könüllü olaraq düşmənlə döyüşə qoşulmuşam. Murovdağ istiqamətində gedən döyüşlərdə yaralanmışam. Belimdə və bədənimin digər hissələrində zədələr var. Buna baxmayaraq, bu gün də xidməti davam etdirirəm. Döyüşlərdə iştirak etdiyim üçün kredit götürdüyüm avtomobilin ödənişini iki ay gecikdirmişəm. "AZƏRMAŞ" ASC-dan maşını 4500 manat ilkin ödəniş edərək almışam. Aylıq ödənişi 385 manat idi. Mən "AZƏRMAŞ" ASC-lə, oranın Ramin adlı əməkdaşı ilə əlaqə saxladım. Bildirdim ki, döyüşdən qayıdan kimi ödənişi edəcəm. Buna baxmayaraq, avtomobili yaşadığım evdən aparıblar. Mən Ali Baş Komandandan və dövlət orqanlarından xahiş edirəm ki, mənə kömək etsinlər. Anam və qardaşım ağır xəstədirlər. Ailənin dolanışığı mənim üzərimdədir. Mən həmin maşınla taksi fəaliyyəti ilə məşğul olaraq ailəmi dolandırırdım”.