logo

Ermənistan parlamentində Nikol Paşinyanın istefası səsləndi

18:08 26-11-2020 | icon 2324
Ermənistan parlamentində Nikol Paşinyanın istefası səsləndi

Ermənistanın baş naziri Nikol Paşinyan məğlubiyyətini etiraf etmək əvəzinə, hamını günahlandırır.

YeniAvropa erməni KİV-ə istinadla xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin deputatı, “İşıqlı Ermənistan” partiyasının sədri Qevorq Qarqisyan deyib. Parlamentdə Ermənistandakı hərbi vəziyyətin aradan qaldırılması məsələsinin müzakirəsində çıxış edən Q. Qarqisyan istehza ilə bildirib ki, N. Paşinyana görə, silahlı qüvvələr, Milli Təhlükəsizlik Xidməti, parlament və digər dövlət qurumları Ermənistanın məğlubiyyətinin günahkarlarıdır. Yalnız bir nəfər günahkar deyil, o da N.Paşinyanın özüdür. Bu, gülüncdür. Əslində isə məğlubiyyətimizdə başlıca günahkar baş nazir N. Paşinyandır.

Deputat bildirib ki, N.Paşinyan bu qədər uğursuzluqdan sonra yenə də hakimiyyətdə qalmağa çalışır. Lakin o, müdriklik nümayiş etdirərək istefaya getməli, erməni xalqının və dövlətinin düşdüyü bu ağır vəziyyətdən çıxmasına imkan verməlidir.