logo

XİN başçıları Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığını müzakirə edib

17:57 26-11-2020 | icon 1904
XİN başçıları Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığını müzakirə edib

Noyabrın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Faysal bin Ferhan Al Saud arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Bildirilib ki, nazirlər bölgədəki son vəziyyəti müzakirə edib, o cümlədən tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası və bu sənəddən irəli gələn bir sıra məsələlərin həyata keçirilməsinin vacibliyini, onun bölgədə sülh və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

XİN başçıları, eyni zamanda, ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafından bəhs ediblər, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair müzakirələr aparıblar.

Tərəflər, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.