logo

Azərbaycan-Əfqanıstan əməkdaşlığı müzakirə olunub

17:11 26-11-2020 | icon 1918
Azərbaycan-Əfqanıstan əməkdaşlığı müzakirə olunub

Noyabrın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb. 

Telefon söhbətində nazirlər bölgədəki son vəziyyəti müzakirə ediblər. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyi qeyd olunub. Bəyanatdan irəli gələn bir sıra məsələləri müzakirə edən tərəflər razılaşmanın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması baxımından vacibliyini vurğulayıblar.

Nazirlər, eyni zamanda, ölkələr arasında ikitərəfli müstəvidə əməkdaşlığın inkişafını məmnunluqla qeyd edib, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.