logo

“Fransa Qarabağla bağlı həllin deyil, problemin bir parçasıdır”-Hülusi Akar

16:56 26-11-2020 | icon 2037
“Fransa Qarabağla bağlı həllin deyil, problemin bir parçasıdır”-Hülusi Akar

“Fransa Senatının qərarı Qarabağ probleminin 30 ildir nə səbəbə həll olunmadığının bariz göstəricisi oldu”.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Fransa Senatının “Dağlıq Qarabağ Respublikası”nı tanımaq qərarını "Twitter"də şərh edərkən bildirib.

“Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi qərəzsiz olmalıdır. Bu qərar isə bunun belə olmadığını, Fransanın Qarabağla bağlı həllin deyil, problemin bir parçası bir daha nümayiş etdirdi”, - deyə o, tvitində vurğulayıb.