logo

İranda koronavirusdan ölənlərin sayı 47 min nəfərə yaxınlaşır

15:51 26-11-2020 | icon 2443
İranda koronavirusdan ölənlərin sayı 47 min nəfərə yaxınlaşır

Noyabrın 26-na olan məlumata əsasən İranda 13 min 961 nəfər koronavirusa yoluxub, 482 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyi yayıb. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 908 min 346-ya, yoluxaraq ölənlərin sayı isə 46 min 689-a çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 849 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla nəticələnən 633 min 275 nəfər isə sağalaraq evə buraxılıb.

Bu günə qədər İranda 5 milyon 955 min 724 nəfər testdən keçirilib.

Tehran, İsfahan, Qum, Qəzvin, Ərdəbil, Zəncan, Xorasan, Gilan, Kirmanşah, Xuzistan şəhərlərində infeksiya daha çox yayılıb və şəhərlər qırmızı zonaya daxildirlər.