“Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı təsis edilib
Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib.
YeniAvropa xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
zərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamədə qeyd olunub ki, Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.
Əsasnaməyə görə, "Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inandlı müqavimətinə baxmayaraq düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əmədiyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.
"Vətən Müharibəsi Qəhrəmanı” müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir.
"Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı - "Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalıdır. "Vətən Müharibəsi Qəhrəmanı” medanının təsviri qanunla müəyyən olunur.
"Vətən Müharibəsi Qəhrəmanı” medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.
"Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə aşağıdakılar təqdim edilir:
- "Vətən Müharibəsi Qəhrəmanı” medalı;
- "Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı.
"Vətən Müharibəsi Qəhrəmanı” eyni şəxsə bir dəfə verilir. "Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir. "Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilir.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Bakıda keçiriləcək daha bir dünya kuboku yarışları ləğv olundu
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Azərbaycan nefti 56,36 dollara satılır
Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndi -VİDEO
Ali Rada 2021-ci ildə ölkədə NATO təlimlərinin keçirilməsinə icazə verdi
Yunanıstanlı Despina Tsovilis AŞ PA-nın yeni baş katibi seçilib
Vladimir Putin Co Baydeni prezident seçilməsi münasibətilə təbrik etdi
ABŞ-ın yeni dövlət katibi məlum oldu
Türkiyədə koronavirusdan daha 134 nəfər öldü
Gürcüstanın xarici işlər naziri koronavirusa yoluxub
Bakıda daha bir qadın intihar etdi: Özünü 6-cı mərtəbədən atdı
Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı
İranın xarici işlər naziri Moskvadan Yerevana gəlib
10 manatlıq şirkət "Aztelekom” un milyonluq tenderinin qalibidir
Rusiya və İran Qarabağ məsələsini müzakirə edəcəklər
Qubadlı rayonunun Dəmirçilər kəndinin videogörüntüləri yayıldı
İmişlidə avtotəmir sexində pendir və yağ da istehsalı edirdilər
Sabah paytaxtın bəzi rayonlarında su olmayacaq
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi
Albert Mustafayev "Prezidentin fəxri diplomu” ilə təltif edilib
Əhalinin banklardakı əmanətləri artıb
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə telefonda danışdı
Xırdalanda dağıntılar altında qalan azyaşlının meyidi çıxarılıb
Azərbaycanda daha 326 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü
Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edilib