logo

Sinoptiklərdən intensiv yağış xəbərdarlığı

14:09 26-11-2020 | icon 1764
Sinoptiklərdən intensiv yağış xəbərdarlığı

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 27-də gecə və səhər Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, Azərbaycanın bəzi şərq rayonlarında noyabrın 27-si gecə və səhər arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 metr/saniyəyədək güclənəcək.