logo

“Azərsığorta”nın keçmiş sədri vəfat etdi

20:11 25-11-2020 | icon 1652
“Azərsığorta”nın keçmiş sədri vəfat etdi

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin(“Azərsığorta") keçmiş sədri Məmməd Məmmədov vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar. 

Xatırladaq ki, M. Məmmədov 1993-cü ildən “Azərsığorta"nın sədri vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin martın 13-də imzaladığı sərəncamla Məmməd Əhməd oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsindən azad edilib.

Allah rəhmət eləsin!