logo

Paytaxtın bir hissəsində iki gün su olmayacaq

19:59 25-11-2020 | icon 1533
Paytaxtın bir hissəsində iki gün su olmayacaq

Paytaxtın Abşeron, Binəqədi və Sabunçu rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.Qeyd edilib ki, Ceyranbatan-Maştağa magistral su xəttinin Goradil dəmir yolu stansiyası ərazisindən keçən hissəsinin köçürülməsi ilə əlaqədar noyabrın 26-27-də Abşeron, Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərinə (əsasən bağ massivlərinə) içməli suyun verilməsində məhdudiyyətlər tətbiq ediləcək.