logo

Məşhur futbolçu Dieqo Maradona vəfat edib

18:10 25-11-2020 | icon 2359
Məşhur futbolçu Dieqo Maradona vəfat edib

Argentina yığma komandasının keçmiş hücumçusu və məşqçisi, dünya şöhrətli futbolçu Dieqo Armando Maradona noyabrın 25-də vəfat edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, 60 yaşlı Maradonanın ürəyi bu gün dayanıb.

Argentinanın "Clarin" nəşrinin məlumatına görə, noyabrın 2-də veteran futbolçu La-Plata şəhərində xəstəxanaya yerləşdirilib. Həkiminin dediyinə görə, argentinalı öz istəyi ilə tibbi müayinədən keçirilib və keçmiş futbolçuda subdural hematoma xəstəliyi aşkarlanıb. Bundan sonra Maradonanın üzərində uğurlu cərrahiyyə əməliyyatı aparılıb və o,  noyabrın 12-də  xəstəxanada evə buraxılıb.