logo

“Qarabağ” “Sivasspor”la matça itkilərlə çıxacaq

16:50 25-11-2020 | icon 2296
“Qarabağ” “Sivasspor”la matça itkilərlə çıxacaq

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda “Sivasspor”la qarşılaşacaq Ağdamın “Qarabağ” klubu matça itkilərlə çıxacaq.

YeniAvropa xəbər verir ki, Azərbaycan təmsilçisinin heyətində Filip Ozobiç cəza səbəbindən qarşıdakı oyunu buraxacaq. Azərbaycan yığmasının heyətində koronavirus testləri müsbət olan kapitan Maksim Medvedev və müdafiəçi Rahil Məmmədov da İstanbula aparılmayıb.

Zədəli olan digər 3 futbolçunun durumuna isə oyun ərəfəsində aydınlıq gələcək. Bunlar Patrik Andrade, Abbas Hüseynov və Bədavi Hüseynovdur. Futbolçular noyabrın 25-də Türkiyəyə yollanan heyətdə yer alıblar. Lakin yalnız Bədavi Hüseynovun vəziyyəti komanda yoldaşlarına nisbətən yaxşıdır.

Qeyd edək ki, “Qarabağ” – “Sivasspor” matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Komandalar arasındakı III tur matçında “Sivasspor” öz meydanında 2:0 hesablı qələbə qazanıb.