logo

FIFA “The Best” mükafatına namizədlərin siyahısını açıqlayıb

16:10 25-11-2020 | icon 2415
FIFA “The Best” mükafatına namizədlərin siyahısını açıqlayıb

FIFA ilin ən yaxşı futbolçusuna verilən “The Best” mükafatına namizədlərin siyahısını açıqlayıb.

YeniAvropa qurumun saytına istinadla xəbər verir ki, namizədlər arasında Tiaqo Alkantara (“Bavariya” / “Liverpul”), Kriştiano Ronaldo (“Yuventus”), Kevin De Brüyne (“Mançester Siti”), Robert Levandovski (“Bavariya”), Sadio Mane (“Liverpul”), Kilian Mbappe (Paris Sen-Jermen), Lionel Messi (“Barselona”), Neymar (Paris Sen-Jermen), Serxio Ramos (“Real Madrid”), Məhəmməd Salah, Vircil van Deyk (hər ikisi “Liverpul”) yer alıblar.

FIFA-nın ilin ən yaxşı futbolçularını mükafatlandıracağı mərasim dekabrın 17-də onlayn keçiriləcək. “The Best”lə bağlı səsvermə noyabr 25-dən dekabrın 9-dək keçiriləcək. Səsvermədə yığma komandaların baş məşqçiləri, kapitanları, azarkeşlər və qitə futbol qurumunda qeydiyyatdan keçmiş jurnalistlərin iştirak edəcəklər.

Xatırladaq ki, ötən il bu mükafatı "Barselona"nın hücumçusu Lionel Messi qazanıb.