logo

Ötən sutka dünyada koronavirusdan rekord sayda ölüm faktı qeydə alınıb

14:29 25-11-2020 | icon 2107
Ötən sutka dünyada koronavirusdan rekord sayda ölüm faktı qeydə alınıb

Noyabrın 24-də dünyada COVID-19 infeksiyası səbəbindən rekord sayda-11 min 720 nəfər həyatını itirib.

 YeniAvropa pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, bundan öncəki rekord 11 min 246 nəfərin yoluxduğu noyabrın 18-də qeydə alınmışdı. Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirusa yoluxanların sayı 60 milyon 126 min nəfəri, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 415 min nəfəri ötüb.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.