logo

Paşinyan daha iki nazir müavinini işdən çıxardı-ölkə böhran içindədir

12:57 25-11-2020 | icon 2135
Paşinyan daha iki nazir müavinini işdən çıxardı-ölkə böhran içindədir

Ermənistanın iqtisadiyyat və ədliyyə nazirlərinin müavinləri Naira Marqaryan və Rafik Qriqoryan vəzifələrindən azad edilib.

YeniAvropa erməni KİV-nə istinadla xəbər verir  ki, bununla bağlı baş nazir Nikol Paşinyan müvafiq qərarlar imzalayıb.

Xatırladaq ki, son bir həftə ərzində Ermənistanda altı nazir işdən çıxarılıb. Bunlar xarici işlər və müdafiə nazirləri Zöhrab Mnatsakanyan, David Tonoyan, fövqəladə hallar naziri Feliks Tsolakyan, əmək və sosial işlər naziri Zarui Batoyan, iqtisadiyyat naziri Tiqran Xaçatryan, təhsil, elm, mədəniyyət və idman naziri Arayik Arutyunyandır.