logo

Türkiyə Müdafiə Nazirliyi Kəlbəcərin azad olunması ilə bağlı paylaşım edib

12:29 25-11-2020 | icon 385
Türkiyə Müdafiə Nazirliyi Kəlbəcərin azad olunması ilə bağlı paylaşım edib

Qəhrəman Azərbaycan Ordusunun qazandığı böyük zəfərlə bağlı əldə olunan razılaşmaya əsasən Ağdamdan sonra Kəlbəcər də azad edildi. Kəlbəcər 27 il sonra sahiblərinə qovuşdu.

YeniAvropa xəbər verir ki, bu ifadələr Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yer alan paylaşımda əksini tapıb.

Paylaşımda, həmçinin qeyd olunub: “Şanlı ay-ulduzlu bayrağımız azan sədaları altında Kəlbəcərdə də dalğalanacaq”.

Paylaşımda Müzəffər Azərbaycan Ordusunun Kəlbəcərə daxil olmasını əks etdirən fotolar da yer alıb.

0-1-1