logo

Sabah Bakıda 12° isti olacaq

11:20 25-11-2020 | icon 1694
Sabah Bakıda 12° isti olacaq

Azərbaycanda noyabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8°, gündüz 10-12° isti, Bakıda gecə 5-7°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Noyabrın 26-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 26-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.