logo

Şəhid polkovnikin tabutuna bürünən bayraq oğluna təqdim edildi

21:58 24-11-2020 | icon 1995
Şəhid polkovnikin tabutuna bürünən bayraq oğluna təqdim edildi

Bu gün Göyçay rayonunda şəhid polkovnik Babək Səmidlinin dəfn mərasimində  duyğulu anlar yaşanıb.

 YeniAvropa xəbər verir ki, qəhrəman hərbçimizin dəfn mərasimindən sonra korpus komandiri, general-mayor Hikmət Həsənov polkovnik B.Səmidlinin tabutu bükülmüş bayrağı onun oğluna verib.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Qeyd edək ki, korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu ötən gün Tərtərin Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.