logo

Vergi Məcəlləsində dəyişiklik edilib

20:49 24-11-2020 | icon 2198
Vergi Məcəlləsində dəyişiklik edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiq edib.

 YeniAvropa xəbər verir ki, dəyişikliyə əsasən, gəlir vergisindən azadolmalar və güzəştlər tətbiq edilən şəxslərin siyahısı genişləndirilib.

Belə ki, qanuna əsasən, I və II dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla), sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılacaq.