logo

Prezident İlham Əliyev Samir Nuriyevə yeni vəzifə verdi

19:55 24-11-2020 | icon 2065
Prezident İlham Əliyev Samir Nuriyevə yeni vəzifə verdi

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb.

YeniAvropa xəbər verir ki, noyabrın 24-də prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Qərargahın rəhbəri təyin olunub.

Qərargah 30 üzvdən ibarətdir. Həmçinin Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılacaq.

Əlaqələndirmə Qərargahının üzvləri aşağıdakılardır:

Qərargahın rəhbəri

Samir Nuriyev –Prezident Administrasiyasının rəhbəri

Qərargahın üzvləri

Zeynal Nağdəliyev-prezidentin köməkçisi-Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri 

Şahmar Mövsümov-prezidentin köməkçisi-Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Hikmət Hacıyev-prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Fuad Ələsgərov-prezidentin köməkçisi-Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Anar Ələkbərov-prezidentin köməkçisi

Gündüz Kərimov-Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, birinci vitse-prezidentinin köməkçisi

Elçin Əmirbəyov-birinci vitse-prezidentin köməkçisi

Xalid Əhədov–birinci vitse-prezidentin köməkçisi

Emin Hüseynov–birinci vitse-prezidentin köməkçisi

Kamran Əliyev–baş prokuror

Vilayət Eyvazov–daxili işlər naziri

Muxtar Babayev–ekologiya və təbii sərvətlər naziri

Fikrət Məmmədov–ədliyyə naziri

Sahil Babayev–əmək və əhalinin sosial müdafiəsi naziri

Kəmaləddin Heydərov–fövqəladə hallar naziri

Ceyhun Bayramov–xarici işlər naziri

Mikayıl Cabbarov–iqtisadiyyat naziri

İnam Kərimov–kənd təsərrüfatı naziri

Samir Şərifov–maliyyə naziri

Zakir Həsənov–müdafiə naziri

Ramin Quluzadə–nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Oqtay Şirəliyev–səhiyyə naziri

Emin Əmrullayev–təhsil naziri

Anar Quliyev–Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Rövşən Rzayev–Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Elçin Quliyev-Dövlət Sərhəd Xidmətinin rəisi

Əli Nağıyev–Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Orxan Sultanov–Xarici Kəşfiyyat Xidmətinin rəisi

Anar Kərimov–mədəniyyət nazirinin birinci müavini

Rəşad Nəbiyev–“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri