logo

Lənkərandakı qəzada ölənlərin sayı 7-yə çatdı

13:59 02-04-2018 | icon 3360
Lənkərandakı qəzada ölənlərin sayı 7-yə çatdı

Martın 31-də Lənkəranda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

YeniAvropa xəbər verir  ki, qəza zamanı ağır vəziyyətdə xəstəxanaya çatdırılan 7 yaşlı Ülvi Faiq oğlu Aslanovun həyatını xilas etmək mümkün olmayıb. Azyaşlı xəstəxanada dünyasını dəyişiib. 

Xatırladaq ki, iki gün əvvəl Lənkəranın Gərmətük kəndində 99-BJ-224 dövlət nömrə nişanlı "Shagman" markalı yük avtomobili ilə 42-BS-634 dövlət nömrə nişanlı "Mitsubishi" markalı minik maşını toqquşub. Nəticədə Ləj kənd sakin olan 6 nəfər ölüb, 1 nəfər ağır dərəcədə xəsarət alıb..

Ölənlər Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanovadır. Onlar minik maşınının sərnişinlərdir. Deformasiyaya uğramış avtomobildə sıxılıb qalmış meyitlər FHN-in xilasediciləri tərəfindən maşından çıxarılıblar.

Yük maşınının sürücüsü, Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Natiq Təvəkkül oğlu Cəfərov isə xəsarət alıb.

Faktla bağlı araşdırma davam etdirilir.