logo

Paşinyan 50 milyard dollar əvəzinə Zəngəzuru Azərbaycana verəcək 

14:56 24-11-2020 | icon 1995
Paşinyan 50 milyard dollar əvəzinə Zəngəzuru Azərbaycana verəcək 

Ermənistanın kapitulyasiyası erməni xalqının son 100 ildəki tarixinin ən biabırçı səhifəsidir.

YeniAvropa xəbər verir ki, bu fikri Ermənistanın Respublikaçılar Partiyasının rəsmi nümayəndəsi Eduard Şarmazanov parlamentdə çıxışı zamanı səsləndirib.

"44 günlük müharibə boyunca hökumət xalqı aldatdı. O, 100%-lik saxta informasiya verdi. İrəvan atəş açmayan silahlar, raketi olmayan təyyarələr aldı. Nikol Paşinyan isə onun qarşısında selfi etdi.

İlham Əliyev Paşinyanın gözündəki qorxunu tutdu. Paşinyan indi Əliyevə heç nə deyə bilmir. Onun bunun üçün cəsarəti yoxdur. Beynəlxalq məhkəmələrdə artıq Ermənistanın Azərbaycana ödəməli olduğu 50 milyard dollardan bəhs edilir. Nikol yenə danışıqlara gedib, deyəcək ki, bizdə 50 milyard olmadığına görə Zəngəzuru sizə veririk”, – deyə Eduard Şarmazanov bildirib.