logo

Azərbaycanlılara qarşı soyqırımı törədən daha bir erməni generalı ödü

14:11 24-11-2020 | icon 2037
Azərbaycanlılara qarşı soyqırımı törədən daha bir erməni generalı ödü

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğalında fəal iştirak etmiş, dinc azərbycanlıların qətlinə başçılıq etmiş Ermənistan generalı Astvasatur Petrosyan 67 yaşında ölüb.

YeniAvropa xəbər verir ki, bu barədə erməni generalın oğlu Sipan Petrosyan "Facebook" sosial şəbəkəsində məlumat paylaşıb.

Qeydf edək ki, A.Petrosyan 1990-cı illərin əvvəllərində “İntiharçı-qartallar birliyi” adlı ictimai təşkilat yaradaraq Azərbaycan torpaqlarının işğalında iştirak edib.

O, 1992-2000-ci illərdə Ermənistan müdafiə nazirinin müavini vəzifəsini tutub. 1996-cı ildə general-mayor rütbəsi alıb.

Sonralar isə fövqəladə hallar nazirinin müavini olub.