logo

Gürcüstan koronavirusun yayılma sürətinə görə dünyada birincidir

13:57 24-11-2020 | icon 1799
Gürcüstan koronavirusun yayılma sürətinə görə dünyada birincidir

Gürcüstan əhalinin hər yüz min nəfərinə düşən koronavirusa yoluxma faktına görə dünyada birinci yerdədir.

 YeniAvropa yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın New York Times nəşri məlumat yayıb.

Qəzet yazır ki, son həftə ərzində Gürcüstanda COVID-19 virusunun yayılması orta hesabla 3579,1 fakt təşkil edib və bu da, əhalinin hər 100 000 nəfərinin 95,9-u deməkdir.

Bu göstərici ilə Gürcüstan yoluxma sayına görə bütün dövlətlərdən qabaqdadır.

Siyahıda Gürcüstandan sonrakı yerləri Lüksemburq, Çernoqoriya, Serbiya, Andorra, Slovakiya, Avstriya, Xorvatiya və digər ölkələr gəlir.

0-1-6