logo

Sabah Bakıda 11° isti olacaq

13:09 24-11-2020 | icon 1505
Sabah Bakıda 11° isti olacaq

Azərbaycanda noyabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7°, gündüz 9-12° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Noyabrın 25-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.