logo

Şəhid polkovnik Babək Səmidli Göyçayda dəfn olundu

12:10 24-11-2020 | icon 588
Şəhid polkovnik Babək Səmidli Göyçayda dəfn olundu

Ötən gün Tərtər rayonununu Suqovuşan kəndində minaya düşərək şəhid olan Azərbaycan Silahlı Qüvvələri 1-ci Ordu Korpus komandirinin müavini, polkovnik Babək Səmidlinin dəfn mərasimi olub. 

 YeniAvropa xəbər verir ki, şəhid polkovnik doğulduğu Göyçay rayondakı Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri və rayon ziyalılar iştirak ediblər.

Xatırladaq ki, polkovnik son çıxışlarından birində qeyd etmişdi ki, Azərbaycan əsgəri canı, qanı bahasına torpaqlarımızı işğaldan azad edib: "30 ildir biz o utancı yaşayırdıq. Bir canımız var, Allah nə yazıbsa, o da olacaq. Şərəfli və doğru yolu seçin, yalnız 3 məqsədimiz olsun - ya qalib olaq, ya qazi olaq, ya da şəhid. Azərbaycan əsgərinin başqa seçimi ola bilməz".