logo

İlham Əliyev: Biz Ağdam şəhərini, bütün kəndləri bərpa edəcəyik

11:33 24-11-2020 | icon 350
İlham Əliyev: Biz Ağdam şəhərini, bütün kəndləri bərpa edəcəyik

Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə prezident, Ali Baş Komandan İlham Əliyev  işğaldan azad edilmiş Ağdam şəhərində olarkən deyib.

“Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik.

Biz qələbəmizi dəmir yumruq hesabına qazanmışıq, düşməni qova-qova və indi durmuşuq öz torpağımızda. Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan əsgərinə, Azərbaycan zabitinə! Ağdam bizimdir. Qarabağ Azərbaycandır!”, - deyə dövlət başçısı vurğulayıb.