logo

Milli Məclisin növbəti plenar iclası keçirilir

11:09 24-11-2020 | icon 343
Milli Məclisin növbəti plenar iclası keçirilir

Noyabrın 24-də Milli Məclisin növbəti plenar iclası keçirilir.

 YeniAvropa xəbər verir ki, iclasın gündəliyində 6 məsələ müzakirə olunur.

Deputatlar Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsi barədə (ikinci oxunuş), “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrinə səs verəcəklər.

İclasda, həmçinin “Ətraf mühitin mühafizəsi haqqında” Qanunda (ikinci oxunuş) və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələri də müzakirə olunacaq.