logo

Şamaxının dağ kəndlərində qarın hündürlüyü 15 santimetrə çatıb

10:11 24-11-2020 | icon 371
Şamaxının dağ kəndlərində qarın hündürlüyü 15 santimetrə çatıb

Son iki gündə Şamaxıya, xüsusilə şimal dağlıq ərazilərinə qar yağıb.

 YeniAvropa xəbər verir ki, bu barədə  Şamaxı RİH-dən bildirilib. Qeyd edilib ki, rayonun şimal ərazilərində qarın qalınlığı 10-15 santimetrə çatıb. Ən çox qar Qızmeydan, Talışnuru, Ərçiman, Pirbəhli, Sis və Dəmirçi kəndlərinə düşüb. Kənd sakinlərinin sözlərinə görə, qar payızlıq əkin sahələri üçün olduqca sərfəlidir. Yağan qar məhsuldarlıqla yanaşı, taxıl sahələrində yuva quran zərərvericilərin də kütləvi qırılmasına səbəb olacaq.

Ötən gündən başlayaraq Şamaxı-Pirqulu avtomobil yolunda qarın təmizlənməsi işlərinə start verilib. Bunun üçün kifayət qədər texnika və işçi qüvvəsi cəlb olunub. Yola qum-duz qarışığı tökülüb. Hazırda magistral və kənd yollarında hərəkət normaldır.