Son sutka ərzində 2300-dən çox erməni Qarabağa qaytarılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov məlumat verib.
O qeyd edib ki, bu günə qədər 11 mindən çox erməni Qarabağa qaytarılıb.
Konaşenkov, həmçinin son sutka ərzində atəşkəsə riayət edildiyini bildirib.