logo

Narkotika axtarılan evdən üstəlik  silah-sursat da çıxdı

18:48 23-11-2020 | icon 378
Narkotika axtarılan evdən üstəlik  silah-sursat da çıxdı

Polis əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Saatlı rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini N.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdə 200 qramdan çox marixuana aşkarlanıb.

Davam etdirilən tədbirlər nəticəsində onun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 28 patron da aşkarlanaraq götürülüb.

Faktla bağlı təhqiqat aparılır.