logo

Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı

16:59 23-11-2020 | icon 504
Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı

Rusiya Federasiyası Silahlı Qüvvələrinin istehkamçıları Dağlıq Qarabağda Rusiya sülhməramlılarının nəzarət zonasına daxil olan ərazinin minalardan təmizlənməsinə başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi videoreportaj yayımlayıb.

Qeyd edək ki, bundan əvvəl RF Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssislərinin bölgədəki sülhməramlı əməliyyat zonasında tapşırıqları yerinə yetirmək üçün Dağlıq Qarabağa gəldikləri bildirilib. Məlumatda vurğulanıb ki, mütəxəssislər təyinat yerinə çatdıqdan sonra partlayıcı obyektlərin mühəndis kəşfiyyatı, minalardan təmizlənməsi və məhv edilməsi üçün tapşırıqları yerinə yetirməyə başlayacaqlar.