logo

Azərbaycanda  yeni koronavirus antirekordu: bir gündə 29 ölü 

16:33 23-11-2020 | icon 518
Azərbaycanda  yeni koronavirus antirekordu: bir gündə 29 ölü 

Azərbaycanda koronavirus infeksiyasına daha 2187 yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 95 min 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 64 min 475 nəfər müalicə olunaraq sağalıb, 1160 nəfər vəfat edib. Aktiv xəstə sayı 29646 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 617 min 239 test aparılıb. Bugünkü test sayı isə 9784-dür.