logo

Avropa Şurasının Baş katibi atəşkəs razılaşmasını alqışlayıb

15:55 23-11-2020 | icon 1582
Avropa Şurasının Baş katibi atəşkəs razılaşmasını alqışlayıb

Avropa Şurasının (AŞ) baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun məktubuna cavab verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, Avropa Şurasının baş katibi məktuba cavabında 2020-ci il 10 noyabr tarixli atəşkəs razılaşmasını alqışladığını qeyd edib və razılaşmanın icrası ilə əlaqədar vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb.