logo

Rusiya Moskva-Bakı-Xankəndi qatar reysini bərpa edir?

15:31 23-11-2020 | icon 1925
Rusiya Moskva-Bakı-Xankəndi qatar reysini bərpa edir?

Xankəndində dəmir yolu rabitəsinin bərpa etməyin mümkünlüyünü müəyyənləşdirmək üçün xüsusi komissiya 30 il əvvəl fəaliyyəti dayandırılmış dəmir yol vağzalına baş çəkib. 

 YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın “İzvestisiya” qəzeti məlumat yayıb.

“Təxminən 30 ildə ilk dəfə Stepanakertin əsas dəmir yolu stansiyasına keçid blokdan çıxarıldı. Keçmişdə buraya girmək mümkün deyildi. Əvvəllər bu stansiya Stepanakerti Moskva və Bakı kimi şəhərlərlə birləşdirirdi, lakin Qarabağdakı ilk hərbi kampaniyadan sonra bina demək olar ki, tamamilə dağılıb. 

Hal-hazırda bina daha çox fəlakət filmi üçün hazırlanmış dekorasiyanı xatırladır”, - deyə qəzetin əməkdaşı bildirib.