logo

Ermənistanda daha bir nazir müavini istefa verdi

15:08 23-11-2020 | icon 1897
Ermənistanda daha bir nazir müavini istefa verdi

Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan tutduğu vəzifədən azad edilib.

YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik Armeniya" agentliyi xəbər yayıb. Bildirilib ki, bu barədə parlament müdafiə komissiyasının rəhbəri Andranik Koçaryan itkin düşən erməni hərbçilərinin yaxınları ilə görüşdə deyib.

Agentliyin məlumatında qeyd edilib ki, lakin buna baxmayaraq, Ermənistan Müdafiə Nazirliyinin qarşısına toplaşmış itkin düşmüş hərbçilərin valideynlərin vəzifəsindən istefa verib-verməsindən asılı olmayaraq, Q. Balayanın onların qarşısına çıxıb hesabat verməsini tələb ediblər.